“Vaxtın azlığı baxımından bu sifarişi verdik” – “Şamaxı” rəsmisi

Bu gün “Şamaxı” klubunun təqdimat mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, təqdimatdan sonra klubun İdarə Heyətinin sədri Elçin Usub və baş məşqçi Vüqar Əsgərlinin iştirakı ilə mətbuat konfransı təşkil edilib. Elçin Usub media nümayəndələrinin suallarını cavablandırıb.

– Yeni loqonun paradoks şirkəti tərəfindən hazırlandığı deyilir. Bu loqonun hazırlanması üçün müsabiqə elan olunmuşdu?
– Vaxtın azlığı baxımından bu sifarişi verdik. Paradoks şirkəti ilə əməkdaşlığa başlamazdan əvvəl onların idman sahəsindəki təcrübəsi də araşdırıldı və onlarla əməkdaşlığa qərar verildi.

– Klubun ümumi strategiyası nədir? 5-10 ildən sonra üçün hansı planlar var?
– Hansısa oturuşmuş proqram ortaya qoymaq üçün bəlli müzakirələr aparılmalıdır. Bu məsələlər müəyyən müzakirələr tələb edir. Əsas, hədəfi ortaya qoymaq deyil, onu hansı resurslar hesabına əldə etməkdir. Hazırda dövlət səviyyəsində klublara maddi yardım məsələsi müzakirə olunur. Hədəflər maddi məsələlərlə bağlı da ola bilər.

– Komandaya əcnəbi futbolçu cəlb olunacaq?
– Təqdimatdan da göründüyü kimi, ilk mövsümdə komandaya əcnəbi cəlb etmək fikrimiz yoxdur. Amma futbolda çox tez-tez müxtəlif situativ ani qərarlar qəbul oluna bilər. Məşqçilərimizə və heyətimizə inanırıq. Amma bir neçə turdan sonra görsək ki, bu eksperiment uğurlu deyil, müəyyən məsələlərin üzərində düşünməyə başlayacağıq. Böyük ehtimalla, ən azı qış fasiləsinə qədər hansısa əcnəbinin cəlb olunması planlaşdırılmır.

– Əvəzedici heyətlə bağlı suallara aydınlıq gəlib?
– Birinci divizionda çıxış etmək imkanımız var. Artıq Zaur İsmayılovla anlaşma əldə edilib. Onun rəhbərliyi altında əvəzedici heyət toplanışa başlayıb. İnzibati məsələlərin həlli üçün də müəyyən vaxtımız var. Komandanın ev oyunlarını Şamaxıda keçirməsi məsələsi də gündəmdədir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button