İki əbədi iştirakçı, bir debütant
Bu həftə Misli Premyer Liqasında 2022/23 mövsümü start götürəcək.
Komanda.az xəbər verir ki, turnir 1992-ci ildən keçirilən yarışların tarixində 31-ci çempionat olacaq.
Premyer Liqada 10 komanda mübarizə aparacaq. Onlardan ikisi ölkə çempionatlarının daimi iştirakçılarıdır. Turnirin əbədi sakinləri “Qarabağ”la “Neftçi” indiyədək 30 mövsümün hamısında iştirak edib. Oyun sayında da bu iki komanda çempionatın şərikli rekordçularıdır. Toplanılan xallara (qələbəyə görə 3 xal prinsipi ilə) görə isə Ağdam klubu bakılıları qabaqlayır.
Həm mövsüm, həm oyun, həm xal sayında 3-cü yerdə “Xəzər Universiteti”, “İnter”, “Keşlə” adlarını daşımış “Şamaxı” qərarlaşıb.
2022/23 mövsümündə yalnız bir debütant olacaq. Bu, “Turan Tovuz”dur. Tovuzun Premyer Liqadakı ikinci komandası kimi tarixə düşəcək bölgə təmsilçisi ilk dəfə güclülər sırasında olacaq.
Klublar | M | O | X | |
1 | Qarabağ (Ağdam) | 30 | 853 | 1652 |
2 | Neftçi (Bakı) | 30 | 853 | 1636 |
3 | Şamaxı | 22 | 621 | 1002 |
4 | Kəpəz (Gəncə) | 20 | 574 | 915 |
5 | Qəbələ | 16 | 468 | 676 |
6 | Sumqayıt | 11 | 328 | 342 |
7 | Zirə (Bakı) | 7 | 196 | 284 |
8 | Səbail (Bakı) | 5 | 132 | 123 |
9 | Sabah (Bakı) | 4 | 104 | 118 |
10 | Turan Tovuz | 0 | 0 | 0 |
Bizi Facebook-da izləyin