Kavani Almaniya klubu ilə razılığa gəldi
“Mançester Yunayted”in sabiq hücumçusu Edinson Kavani Dortmund “Borussiya”sı ilə razılığa gəlib.
Komanda.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Xəbərdə bildirilir ki, potensial transferdə əsas problem 35 yaşlı uruqvaylının illik 10 milyon avro həddi aşan böyük maaşıdır.
Çox güman ki, Dortmund klubunun bu maaşı ödəməyə imkanı çatmayacağından, Kavani maaşının xeyli azaldılmasına razılaşmalı olacaq.
Kavani ötən mövsüm “Mançester Yunayted”in heyətində bütün yarışlarda 20 matçda 2 qol vurub. O, iyunun 30-da klubu azad agent kimi tərk edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin