Levandovski niyə qol vura bilmir? – Xavidən açıqlama

“Barselona”nın baş məşqçisi Xavi komandanın yeni hücumçusu Robert Levandovskinin oyununu şərh edib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, Levandovskinin əla göründüyünü deyib:

“Robert məşqdə qol vurdu. Ümumiyyətlə, əla görünürdü. Son yoxlama matçında isə qol vura bilmədi və bu, normaldır. Mən buna əhəmiyyət vermirəm. Luis Suares və Ferran Torres də kluba yeni gələndə eyni şey olmuşdu. O, tezliklə qol vuracaq”.

“Barselona” ABŞ-da keçirdiyi yoxlama oyununda MLS təmsilçisi “Nyu-York Red Bullz”la qarşılaşıb. Oyun İspaniya komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Levandovski 73 dəqiqə meydanda olub və qol vura bilməyib.

Levandovski bir müddət əvvəl “Bayern”dən “Barselona”ya keçib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button