“Barselona” Puçla bağlı qərar verib

Yarımmüdafiəçi Riki Puç tezliklə “Barselona” ilə müqaviləsini uzada bilər.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, kataloniyalıların rəhbərliyi 22 yaşlı yarımmüdafiəçinin oyunundan razı qalıb, ona görə də onlar 2023-cü ilin yayına kimi nəzərdə tutulan müqaviləni uzatmağa hazırdırlar.

Futbolçu ilə “Benfika”, “Fulhem”, “Fiorentina” və “Los Anceles Qalaksi” də maraqlanır.

Riki Puç 2020-ci ilin iyulundan “Barsa”da oynayır. O, son mövsümdə 15 oyun keçirib, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button