“Dünyanın ən yaxşı komandası deyilik, amma…” – Klopp
İngiltərə Premyer Liqasının son turunda səfərdə “Nyukasl”a 3:2 hesabı ilə qalib gələn “Liverpul”un baş məşqçisi Yurgen Klopp matçdan sonra açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, futbolçuları ilə qürur duyduğunu deyib:
“Nyukasl”ın oyun üslubu bizi çətin vəziyyətə saldı, onlara qarşı mübarizə aparmaq çətindir. Fiziki olaraq daha çətin komandaya qarşı oynadıq. Bu, işimizi çətinləşdirdi. İkinci qoldan sonra oyunun taleyini həll etməli idik, amma bu, vacib deyil. Biz meydanda çox yaxşı mübarizə apardıq, qələbəyə layiq idik. Bu gecə möhtəşəm anlar yaşadıq. Bu oyunda uşaqların etdikləri inanılmazdır. Futbolçularımla qürur duyuram.
Dünyanın ən yaxşı komandası deyilik, amma çox çalışırıq. Həftədə üç oyun keçiririk və heç biri asan deyil. Bundan sonra da çox çalışmağa davam etməliyik”.
51 yaşlı mütəxəssis, Divok Originin qoluna sevinməməsi ilə bağlı da danışıb:
“Originin qoluna sevinə bilmədim, çünki sakit idim. Bu, nağıl kimi bir an idi. Uşaqlar hər şeyi sınayırdılar, qalib gəlmək üçün meydanda hər şey etdik”.
Bizi Facebook-da izləyin