Rusiya və Belarusa qarşı sanksiyaların müddəti uzadıldı

Rusiya və Belarus Şahmat Federasiyalarına qarşı sanksiyaların müddəti uzadılıb.

Komanda.az xəbər verir ki, bu barədə Avropa Şahmat İttifaqının (ECU) baş assambleyası qərar qəbul edib.

Şahmat İttifaqı hər iki ölkənin milli komandalarının qurumun himayəsi altında keçirilən yarışlarda iştirakını dayandırıb. Onlara yalnız Beynəlxalq Şahmat Federasiyasının bayrağı altında oynamağa icazə verilir.

Rusiya tərəfi aprel ayında Asiya Şahmat Federasiyasına üzv olmaq istədiyini açıqlayıb.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button