La Liqa klubunda iki yeni qapıçı
İspaniyanın “Qranada” klubu heyətini iki yeni qapıçı ilə gücləndirib.
Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi portuqaliyalı Andre Ferreyra və ispaniyalı Raul Fernandesi transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki qolkiperlə 2 illik müqavilə imzalanıb.
Andre Ferreyra Portuqaliyanın “Pasuş de Ferreyra” klubundan gəlib. O, daha öncə “Benfika”, “Leyksoeş”, “Aves” və “Santa Klara”da da oynayıb. 26 yaşlı qolkiper Portuqaliyanın U-18 yığmasında da forma geyinib.
Raul Fernandesin son klubu isə “Las Palmas” olub. 34 yaşlı qolkiper 2009/10 mövsümündə də “Qranada”da oynayıb. O, daha öncə “Levante”, “Mirandes”, “Valyadolid”, “Rasinq Santander”, “Numansiya”, “Atletik”, “Baskoniya” və “Konkense” kimi klublarda da çıxış edib.
Bizi Facebook-da izləyin