“Monpelye”dən ayrıldı, İtaliya klubu ilə müqavilə bağladı

İtaliyanın “Salernitana” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi Fransanın “Monpelye” klubunun müdafiəçisi Junior Sambiyanı transfer edib.

Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. Fransadan olan sağ cinah müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb. İtalyanların bu transfer üçün Fransa klubuna təzminat ödəmədiyi bildirilir.

Junior Sambiya “Monpelye”də 2018-ci ildən forma geyinirdi. O, bu komandanın heyətində meydana çıxdığı 160 matçda 6 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub. 25 yalı futbolçu daha öncə yetirməsi olduğu “Nyor”un uğurları üçün çalışıb.

Yeri gəlmişkən, “Salernitana” müdafiəçisi Luka Boqdanı “Ternana”ya, qapıçısı Antonio Russonu “Taranto”ya, yarımmüdafiəçisi Qaetano Vitaleni isə “Monopoli”yə icarəyə verib. Hər üç oyunçunun icarə müddəti 1 illikdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button