“Ayaks” argentinalı futbolçusunu Fransa klubuna satdı
Lion “Olimpik”i heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Fransa klubu “Ayaks”ın müdafiəçisi Nikolas Talyafikonu transfer edib. Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. Argentinadan olan sol cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.
Lion “Olimpik”i bu transferə görə Niderland klubuna 4.2 milyon avro ödəyib. “Ayaks” onu 2018-ci ilin yanvarında Argentinanın “İndependiente” klubundan 4 milyon avroya transfer etmişdi.
Nikolas Talyafiko peşəkar karyerasına Argentinanın “Banfild” klubunda başlayıb. O, 2012/13 mövsümündə İspaniyanın “Real Mursiya” klubunda icarədə oynayıb. 2015-2018-ci illər aralığında isə müdafiəçi “İndependiente”nin uğurları üçün çalışıb. “Ayaks”da keçirdiyi 5 mövsüm ərzində 169 matça çıxan müdafiəçi, 16 qol da vurub. 29 yaşlı futbolçu Argentina milli komandasında da 40 matça çıxıb.
Bizi Facebook-da izləyin