“Mançester Siti”nin 30 milyonluq təklifini rədd etdilər
“Brayton” “Mançester Siti”nin yarımmüdafiəçi Mark Kukurella üçün təklifini rədd edib.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, “şəhərlilər” 23 yaşlı ispaniyalı üçün 30 milyon funt-sterlinq təklif ediblər. “Brayton” bu məbləğə görə futbolçusu ilə yollarını ayırmaqdan imtina edib. “Qağayılar” futbolçu üçün 50 milyon funt sterlinq istəyir.
“Mançester Siti”nin yeni təkliflə çıxış etməyə və məbləği bir qədər artırmağa hazır olduğu bildirilir.
Kukurella “Brayton”da ötən mövsüm bütün turnirlərdə 38 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin