Beyl yeni komandasındakı debütündən danışdı
Uelsli hücumçu Qaret Beyl “Los-Anceles”dəki debütündən danışıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Beyl, debütünü heyrətamiz adlandırıb:
“Bu, heyrətamiz idi. İlk hissədən gərginlik hiss etdim. Ehtiyat oyunçular skamyasında oturduqdan sonra meydana çıxıb komandaya kömək etmək istədim. Formaya düşmək mənim üçün də vacib idi”.
32 yaşlı uelsli futbolçu MLS klubu ilə 1+1 şərti ilə müqavilə imzalayıb.
Beylin əvvəlki klubu azad agent kimi tərk etdiyi “Real” olub. O, 2021/22 mövsümündə “kral klubu”nun heyətində 7 matçda 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin