Azərbaycan millisi Sloveniya ilə yoxlama oyunları keçirəcək

Qadın voleybolçulardan ibarət Azərbaycan milli təlim-məşq toplanışı üçün Sloveniyaya yollanıb.

Komanda.az xəbər verir ki, Eldar Yusubovun baş məşqçi olduğu yığma mayın 30-dan başladığı məşqləri Mariborda davam etdirəcək.

Komanda İslam Həmrəyliyi Oyunlarına və AÇ-2023-ün təsnifat mərhələsinə hazırlığın növbəti mərhələsini keçəcək. Maribordakı toplanış iyulun 31-də yekunlaşacaq.

Hazırlıq zamanı millinin Sloveniya yığması ilə bir neçə yoxlama matçı da planlaşdırılır.

Azərbaycan millisi AÇ-2023-ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya, İslam Həmrəyliyi Oyunlarında isə A qrupunda Özbəkistan, Türkiyə, İran və İndoneziya yığmaları ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button