Levandovski ilə bu sözlərlə vidalaşdı
“Bayern”in hücumçusu Tomas Müller Münhen klubundan ayrılan polşalı hücumçu Robert Levandovski ilə vidalaşıb.
Komanda.az xəbər verir ki, Müller sosial şəbəkə hesabında bunları yazıb:
“Sağ ol, Robert. Gələcəkdə sənə ən yaxşısını arzulayıram. Çoxlu qollar, kuboklar, enişlər, uğurlar… Amma həmişə hörmətlə və əsl qalibiyyət ruhu ilə səkkiz xüsusi il idi”.
33 yaşlı Levandovski yaxın vaxtlarda tibbi müayinədən keçəcək və “Barselona” ilə 3 illik müqavilə imzalayacaq.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin