“Qəbələ” Boluda yenə tək məşqlə kifayətləndi
2022-2023-cü illər mövsümünə Türkiyədə hazırlaşan “Qəbələ” hazırlıq prosesini davam etdirir.
Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” Boluda təşkil olunan təlim-məşq toplanışının 13-cü gününü bir məşqlə yekunlaşdırıb.
Baş məşqçi Elmar Baxşıyevin yetirmələri günün ikinci yarısında hazırlıq keçib. Məşq prosesi toplu və topsuz çalışmalardan ibarət olub. Hazırlıq ikitərəfli oyunla başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin