Məsiyev Konfrans Liqasının oyununa təyinat aldı
Azərbaycanın FİFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.
Komanda.az xəbər verir ki, o, Avstriyada “Rapid” (Vyana) və Polşanın “Lexiya” komandaları arasında UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda baş hakim olacaq.
Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
İyulun 21-də keçirələcək qarşılaşma saat 21:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin