CAS rusların şikayətini rədd etdi

İdman Arbitraj Məhkəməsi (CAS) Rusiya Futbol İttifaqının (RFS) FİFA və UEFA-ya qarşı apellyasiya şikayətini rədd edib.

Komanda.az xəbər verir ki, CAS Rusiyanın milli komandalarının və klublarının beynəlxalq turnirlərdən kənarlaşdırılmasına dair qərarı qüvvədə saxlayıb.

UEFA mayın 2-də Rusiya yığmalarını və klublarını 2022/2023 mövsümündə bütün yarışlardan kənarlaşdırıb. Rusiya komandaları avrokuboklarda, UEFA Millətlər Liqasında, U-21 Avropa çempionatında, 2022-ci il qadınlar arasında Avropa çempionatında, həmçinin qadınlar arasında 2023-cü il dünya çempionatının seçmə mərhələsində iştirak etməyəcəklər.

“Zenit”, “Soçi” və Moskva “Dinamo”su CAS-a şikayət etsələr də, rədd cavabı alıblar.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button