Rəşad Sadıqov izlədi, “Zirə”nin rəqibi penaltilərlə uduzdu

“Zirə”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində rəqibi olan “Makkabi” (Təl-Əviv) “Toto” kuboku çərçivəsində Netanya “Makkabi”si ilə qarşılaşıb.

Komanda.az xəbər verir ki, matçın əsas vaxtında qapılara qol vurulmayıb. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Netanya “Makkabi”si 5:4 qalib gələrək növbəti mərhələyə yüksəlib. Təl-Əviv “Makkabi”si isə turnirlə erkən vidalaşıb.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov köməkçisi Eltun Yaqublu ilə birlikdə bu matçı stadiondan canlı izləyib.

Xatırladaq ki, “Zirə”nin “Makkabi” ilə ilk oyunu iyulun 21-də “Dalğa Arena”da olacaq. Komandalar iyulun 28-də Təl-Əvivdəki “Blumfild” stadionunda cavab matçına çıxacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button