Avtobusu, topu, forması olmayan “Turan Tovuz”

Qarşıdakı mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək “Turan Tovuz”un problemləri bitmir.

Komanda.az xəbər verir ki, əslən Tovuzdan olan idman jurnalisti, “matc.az” saytının baş redaktoru İxtiyar Əsgərov bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. Əsgərov paylaşımında bunları yazıb:

“25 gündən sonra Azərbaycan Premyer Liqası start götürəcək…
… “Turan”ın hələ forması yoxdur…
….Stadion APL oyunu keçirməyə hazır deyil…
…Xeyli inventar çatışmazlığı var…
Canlı yayım üçün yer yoxdur…
Press-loja yoxdur…
…Klubun rəsmi saytı yoxdur…
…Heç olmasa, bircə yoldaşlıq oyunu üçün rəqib yoxdur…
…Klubun avtobusu yoxdur…
…Klubun məşq üçün normal topu yoxdur…
…Hazırda məşqlərdə üç növ topdan istifadə olunur…
…Əksər futbolçular qeyri-müəyyənlik içindədir…
İcra hakimiyyəti isə hələ də susur…

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button