“İnter”lə Vidalaşdı
İtaliyanın “İnter” klubu futbolçusu Arturo Vidalla yolları ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Çilili yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Vidal ötən mövsüm “İnter”in heyətində 40 oyuna çıxıb, 2 qol vurub və 4 qolun ötürməsini verib.
35 yaşlı oyunçunun “Flamenqo” (Braziliya) ilə müqavilə imzalayacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin