“İndi də bu haqda danışanda gözlərimdən yaş axır” – “Sabah”ın futbolçusu

“Sabah”ın yeni transferi Anatoli Nuriyev Ukraynanın “FanDay” nəşrinə müsahibə verib.

Komanda.az xəbər verir ki, Nuriyev müsahibəsində Ukrayna çempionatı ilə Azərbaycan Premyer Liqasını da müqayisə edib:

“Azərbaycan çempionatı ilə müqayisədə Ukrayna Premyer Liqası daha gərgin keçir. Azərbaycanda texnikaya diqqət yetirilir, bütün komandalar daha çox topla oynamağı xoşlayır”.

Azərbaycan millisinin yarımmüdafiəçisi gələcəkdə Ukrayna yığmasına qol vuracağı təqdirdə, bunu qeyd edəcəyini deyib:

“Ukrayna klubları “Minay” və “Kolos”a nə vaxtsa qol vursam, təbii ki, sevinmərəm. Amma digər klubların, eləcə də Ukrayna millisinin qapısından top keçirsəm, yəqin ki, bunu qeyd edəcəm”.

“Özünüzü daha çox ukraynalı, yoxsa azərbaycanlı kimi hiss edirsiz” sualına 26 yaşlı futbolçu belə cavab verib:

“Çətin sualdır. Heç kimin xətrinə dəymək istəmirəm. Təbii ki, Ukrayna mənə daha yaxındır. Bu, təəccüblü deyil, çünki orada doğulmuşam, 25 il yaşamışam. Ancaq beynəlxalq arenada çıxış etmək imkanına görə Azərbaycana minnətdaram. Elə futbolçu yoxdur ki, bunu arzulamasın. Mənim babam azərbaycanlı olub, ona görə də, bu ölkənin millisində çıxış etməyimin anlamı var”.

Nuriyev, Rusiyanın işğalçı məqsədlə hücum etdiyi Ukraynada davam edən müharibəyə də toxunub:

“Ukraynada baş verənlər sözlə ifadə edilə bilməyən hadisələrdir. İnsanlarda bir damla insanlıq qalmayanda qorxulu olurlar. Orada yaşananları düşməninizə belə, arzu etməzdiz. Çünki bunlar normal şeylər deyil. İndi də bu haqda danışanda gözlərimdən yaş axır”.

Nuriyev bu yay “Sumqayıt”dan keçdiyi “Sabah”la 3 illik müqavilə imzalayıb. O, ötən ildən Azərbaycan millisində çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button