Belçika millisinin hücumçusu “Milan”da
İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası nəhəngi Belçika millisinin hücumçusu Divok Oriqini heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı forvardla 4 illik müqavilə imzalanıb.
Divok Oriqinin son klubu İngiltərə “Liverpul”u olub. O, “Milan”a azad agent kimi keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin