“Zirə”nin şikayəti təmin edilmədi
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Zirə” klubunun apellyasiya şikayətini təmin etməyib.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İntizam Komitəsinin (İK) iyunun 3-də “qartallar”ın məşqçisi Eltun Yaqublunun cəzasının üzərinə bir oyun əlavə olunması və klubun 800 manat cərimələnməsi barədə qərarı qüvvədə saxlanılıb.
Yaqublu “Qarabağ”a penaltilər seriyasında uduzduqları Azərbaycan kubokunun final matçında cəzalı olduğu halda meydana daxil olmuşdu. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatmışdı.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin