Reyna “Latsio”dan ayrılır
Qapıçı Pepe Reyna “Latsio”dan ayrılmaq istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı ispaniyalı Roma klubu ilə 2023-cü ilin iyun ayına kimi nəzərdə tutulan müqaviləyə xitam vermək qərarına gəlib.
Reyna vətəninə – İspaniyaya qayıtmaq istəyir. O, 2020-ci ildə “Milan”dan “Latsio”ya keçib.
Reyna ötən mövsüm bütün yarışlarda 17 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin