Vidalı razı salmağa çalışırlar
“İnter”in və Çili millisinin futbolçusu Arturo Vidal “Boka Xuniors”a keçə bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Buenos-Ayres klubu yarımmüdafiəçiyə 2023-cü ilin dekabrına qədər müqavilə təklif edib.
Vidalın “İnter”lə müqaviləsi gələn mövsümün sonunda başa çatır.
Xəbərdə qeyd olunur ki, futbolçu bu yay Milan klubunu tərk edəcək və “Boka Xuniors” rəhbərliyi hazırda onu komandanın bir hissəsi olmağa razı salmağa çalışır.
Bundan əvvəl Braziliyanın “Flamenqo” və Qətərin “Ər Rayyan” klublarının da Vidala maraq göstərdiyi bildirilirdi.
Vidal 2021/2022 mövsümündə “İnter”in heyətində 40 oyun keçirib və 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin