“Madrid gecələr yatır, Moskva isə gəzir”
“Mançester Siti”nin sabiq hücumçusu Emmanuel Adebayor Rusiyaya münasibətindən danışıb.
Komanda.az “RB Sport”-a istinadən xəbər verir ki, toqolu veteran futbolçu Moskvanı Madrid şəhəri ilə müqayisə edib:
“Mən iki-üç dəfə Rusiyada olmuşam. Yadımdadır, Moskvaya “Spartak”la oynamaq üçün gəlmişdim. Bir çox şəhərlərdə yaşamışam, amma dəqiq deyə bilərəm ki, Moskva Avropanın ən gözəl şəhərlərindən biridir. Madrid? Bu çox sakit şəhərdir. Məncə, Moskva Madriddən yaxşıdır. Madrid gecələr yatır, Moskva isə gəzir. Moskvada planlarım yaxşı gəzmək, içmək, dadlı yeməklər yemək və təbii ki, alış-veriş etməkdir. Mən alış-veriş etməyi sevirəm!”
Adebayor klub karyerası ərzində “Arsenal”, “Tottenhem”, “Real” kimi klublarda çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin