“Turan Tovuz” “Sabah”ın futbolçusunu icarəyə götürdü
Növbəti mövsümdən Premyer Liqada çıxış edəcək “Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.
Tovuz klubundan Komanda.az-a verilən məlumata görə, “Turan Tovuz” “Sabah”ın yarımmüdafiəçisi Veysəl Rzayevi icarəyə götürüb.
20 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Veysəl Rzayev 2019-2020 mövsümündə “Turan Tovuz”un heyətində 1-ci divizionun qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin