Kavani PSJ-dən ayrılacaq?

PSJ-nin forvardı Edinson Kavani komandadan ayrılacağı iddialarıyla bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, uruqvaylı hücumçu Paris təmsilçisində qalacağını deyib:

“PSJ ilə olan müqaviləmin müddəti bitənə qədər burda qalacam. Ola bilsin ki, karyeramı da PSJ-də bitirim. Mənim klubla 2020-ci ilə qədər müqaviləm var. Onda 33 yaşım olacaq və karyerama da yekun vura bilərəm”.

2013-cü ildən PSJ-də forma geyinən Kavani, cari mövsümdə 19 oyunda iştirak edərək, 13 qol vurub.

31 yaşlı forvardla “Çelsi” və “Napoli” yaxından maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button