Komanda yoldaşı vasitəçi oldu – klubunu dəyişməyə razılaşdı
“Real”ın və Serbiya millisinin 24 yaşlı hücumçusu Luka Yoviç icarə əsasında İtaliyanın “Fiorentina” klubuna keçməyə razılaşıb.
Komanda.az xəbər verir ki, bu barədə “La Nazione” məlumat yayıb. Xəbərdə bildirilir ki, futbolçunun İtaliya klubuna keçidində “bənövşəyilər”in müdafiəçisi və Yoviçin Serbiya millisindəki komanda yoldaşı Nikola Milenkoviçin böyük rolu olub. O da bildirilir ki, Yoviçin “Fiorentina”dan başqa, azı 9 təklifi olub.
Yoviç 2019-cu ilin yayında “Ayntraxt”dan (Frankfurt) “Real”a keçib. Həmin vaxt onun transfer məbləği 63 milyon avro idi.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin