“Çelsi” Lukaku üçün təklifi rədd etdi
“Çelsi”nin hücumçusu Romelu Lukaku A Seriyasına qayıda bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “İnter” belçikalı futbolçunun icarəsi üçün ilk olaraq 5 milyon avro təklif edib. Lakin “Çelsi” bu təklifi rədd edib.
Belçikalı futbolçu daha əvvəl “İnter”də forma geyinib.
Lukaku ötən mövsüm bütün turnirlərdə 44 oyunda 15 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin