Kondratyev: “Azərbaycan millisi şanslardan istifadə etdi”
Futbol üzrə Belarus yığmasının baş məşqçisi Georgi Kondratyev UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
- Oyunda şanslarımız oldu. Sadəcə, qol vura bilmirik. Bu epizodlara baxanda heyrətə gəlirəm. Rəqib şanslarından yararlandı. Azərbaycan millisini təbrik edirəm.
- Düşünmürsüz ki, Belarus qrupun ən zəif komandasıdır?
- Oyun keyfiyyəti baxımından bərabər komandalardır. Sadəcə, hücumçular cəhətdən problemlər yaşayırıq.
- Oyundan əvvəl Azərbaycan millisini yaxşı təhlil etdiyinizi demişdiz. Bu sözünüzün üstündə qalırsız?
- Bəli, rəqibi yaxşı analiz etmişdik. Qol epizodunda rəqib oyunçunun sol ayağının yaxşı olduğunu bilirdik. Ancaq mane ola bilmədik.
- Ev oyunlarınızı neytral meydanda keçirməyiniz nəticələrinizə təsir edir?
- Təbii ki. İkinci oyundur ki, belə oynayırıq. Bu, çox çətindir.
Mehri Qurban
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin