Futbol qaydalarında yeni dəyişikliklər təsdiqləndi

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) klublara oyun ərzində 5 əvəzetmədən istifadəyə imkan verən qaydaları daimi əsasda təsdiqləyib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, koronavirus pandemiyası dövründə komandaların kadr çatışmazlığı üzündən tətbiq olunmuş qayda qüvvədə saxlanılıb. Bu qayda milli çempionatlarda və beynəlxalq yarışlarda 5 əvəzetmədən istifadəyə imkan verəcək. IFAB futbol ictimaiyyətinə bu düzəlişin daimi əsasda qaydalarda yer almasını tövsiyə edib.

Bundan başqa, ehtiyatdakı maksimal oyunçu sayının 12-dən 15-dək artırılması qərara alınıb. Bu, yarış təşkilatçılarının istəyindən asılı olacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button