“Sevilya” futbolçusunu Meksika klubuna satmaq istəyir

“Sevilya”nın hücumçusu Luk de Yonq karyerasını Meksika çempionatında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Sevilya” Meksikanın adı açıqlanmayan bir klubu ilə 31 yaşlı niderlandlı futbolçunun transferi üçün danışıqlar aparır. De Yonqun keçidi tezliklə elan oluna bilər.

Futbolçu ötən mövsümü icarə əsasında “Barselona”da keçirib. O, kataloniyalılarla 21 oyun keçirib və 6 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button