Azərbaycan – Belarus matçının hakimləri bilindi

Azərbaycan və Belarus milli komandaları arasında keçiriləcək UEFA Millətlər Liqasının 4-cü turunun oyununun təyinatları açıqlanıb.

Komanda.az xəbər verir ki, oyunun baş hakimi yunanıstanlı Anastasios Papapetru olacaq. Ona həmyerlilərindən Trifon Petropulos və İordanis Aptosoqlu yan xətt, Georgios Tsovaras dördüncü hakim qismində yardımçı olacaq.

İyunun 13-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Belarus matçı saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button