Baqa Azərbaycan və Belarus yığmalarını müqayisə etdi
“Sumqayıt”ın belaruslu baş məşqçisi Aleksey Baqa ölkəsinin mətbuatına açıqlama verib.
Komanda.az xəbər verir ki, 41 yaşlı mütəxəssis Belarus və Azərbaycan yığmalarındakı oxşarlıqlar və fərqli cəhətlərdən söz açıb.
Baqa öncə ölkəsinin yığmasından danışıb: “Baş məşqçi Georgi Kondratiyevin ixtiyarında ölkənin yuxarı-aşağı ən yaxşı oyunçularıdır. Çempionluq uğrunda mübarizə aparan üç komandanın təmsilçiləri, üstəlik legionerlər. Gəlin, görək hardan gəliblər? Bəli, Kiprdən Yablonski var, “Orenburq”dan Peçenin çıxıb, amma buna baxmayaraq, bu, azərbaycanlılara, hətta slovaklara da üç qol vurmağa imkan vermir.
Kondratyev hər bir namizəd haqqında düşündü. Dima Rovneyko Bakıda olub, Azərbaycan millisinin bir neçə oyununa baxıb, bir neçə dəfə mənimlə görüşüb”.
Aleksey Baqa Azərbaycan yığmasının heyətində milliləşdirilmiş futbolçular barədə bunları söyləyib: “Deyirlər ki, rəqibin problemi var. Çünki onun heyətində milliləşdirilmiş futbolçular var ki, bu da özünün çatışmazlığı deməkdir. Məsələn, Qarayev və Medvedevi götürək – onların hər birinin Avropa yarışlarında yüzlərlə oyunu var. Onlar “Qarabağ”ın təmsilçiləridir və səkkiz ildir ki, bu və ya digər turnirin qrupunda çıxış edirlər. Bəs, bizdə avrokubokları kim “ələ keçirib”? Bir az Volkov, “Şaxtyor”la Xadarkeviç, üstəlik, təbii ki, millinin kapitanı kimi yetişən Yablonski. Azərbaycanlılarda da, məsələn, Almeyda var. Bəli, ona yerli pasport verilib, amma o, bütün bu müddət ərzində Avropa yarışlarında da çıxış edib. Eddi İsrafilov bütün həyatını İspaniyada keçirib, “Milan” akademiyasından keçib”.
Xatırladaq ki, Belarus yığması UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan millisinin rəqiblərindən biridir. Bu komanda ilə Serbiyada baş tutan səfər matçında qalib müəyyənləşməyib – 0:0. Yığmamız bu rəqiblə növbəti matçını iyunun 13-də Bakıda keçirəcək.
Bizi Facebook-da izləyin