La Liqa klubundan Falkao ilə bağlı açıqlama
İspaniyanın “Rayo Valyekano” klubunun idman direktoru David Kobenyo hücumçu Radamel Falkaonun gələn mövsüm də komandada oynayacağını açıqlayıb.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, bir neçə günə Falkao ilə yeni müqavilə bağlanacağını deyib:
“O, gələn mövsüm komandamızda oynamağa davam edəcək. Bir neçə gündən sonra rəsmi açıqlama olacaq. Falkaonun anlaşmasında müqavilənin daha bir il uzadılması variantı var idi və biz bundan yararlandıq”.
Falkao 2021-ci ildə “Rayo Valyekano”ya keçib. 36 yaşlı kolumbiyalı ötən mövsüm La Liqada 22 matçda forma geyinib və 6 qol vurub.
Falkao əvvəllər “River Pleyt”, “Portu”, “Atletiko”, “Monako”, “Mançester Yunayted”, “Çelsi” və “Qalatasaray”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin