İbrahimoviçin insafı
“Milan”ın hücumçusu Zlatan İbrahimoviç klubla yeni müqavilənin şərtlərini müzakirə edəcək.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 40 yaşlı isveçli Milan klubu ilə müqaviləni daha bir il uzatmağı planlaşdırır.
İbrahimoviç diz əməliyyatından sonra 7-8 ay futbolu buraxacağı üçün maaşının azaldılmasına da razıdır. Yaxın günlərdə tərəflər görüşüb razılığa gəlməyi planlaşdırır.
İbrahimoviç ötən mövsüm “Milan”ın heyətində 27 oyunda 8 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2022-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin