“Qalatasaray” məşhur hücumçunu transfer etmək istəyir
“İnter”in hücumçusu Aleksis Sançes karyerasını İspaniyada və ya Türkiyədə davam etdirə bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Türkiyənin “Qalatasaray” və İspaniyanın “Sevilya” klubları çilili futbolçunun xidmətində maraqlıdır.
Sançes 2019-cu ildən “İnter”də çıxış edir. O, Milan komandasının heyətində 109 matçda 20 qol vurub, 23 məhsuldar ötürmə edib.
Aleksis Sançes daha əvvəl 2011-2014-cü illərdə “Barselona”da çıxış edib. O, İtaliyada “Udineze”, İngiltərədə isə “Arsenal” və “Mançester Yunayted”də də forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin