Millinin baş məşqçisi istefa verdi

Futbol üzrə Bolqarıstan millisinin baş məşqçisi Yasen Petrov istefa verib.

Komanda.az “sport.bg” saytına istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis Gürcüstan millisinə 2:5 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının oyunundan sonra postundan ayrıldığını açıqlayıb.

Petrov komandada qalmağa haqqının olmadığını və bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.

Bolqarıstan yığması Millətlər Liqasında ilk turda Şimali Makedoniya ilə heç-heçə edib – 1:1.

Petrov 2021-ci ilin yanvarında millinin “sükanı arxasına” keçmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button