Finlandiya – Azərbaycan oyununun hakimləri açıqlandı
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Finlandiya – Azərbaycan oyununun hakimləri açıqlanıb.
Komanda.az xəbər verir ki, bu oyunu Lüksemburqdan olan hakimlər idarə edəcəklər.
Qarşılaşmanın baş hakimi Jasmin Sabotiç olacaq. Ona yan xətt hakimləri David Mateus Santos və Dani Dias Balsa kömək edəcəklər. Dördüncü hakim isə Jeremi Müller olacaq.
İyunun 7-də Helsinkidəki “Helsinki Football Stadium”da keçiriləcək Finlandiya – Azərbaycan oyununa saat 17:00-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin