Azərbaycanlı hakimlər İtaliyanın oyununa təyinat aldı

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, Məsiyev 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatında seçmə mərhələnin Lüksemburq – İtaliya qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim Kamal Umudlu olacaq.

Oyun iyunun 6-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button