Manenin yeni “elçi”si var
PSJ “Liverpul”un hücumçusu Sadio Maneni transfer etməyi düşünür.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubu seneqallı futbolçunu 30 milyon avroya almağa hazırdır. Almaniyanın “Bayern” klubu da Manenin transferi üçün eyni məbləği ödəməyə hazırdır. Hətta daha əvvəl Manenin Münhen klubu ilə müqavilə bağladığı xəbəri də yayılmışdı.
Mane 2016-cı ildən “Liverpul”da çıxış edir. Onun İngiltərə klubu ilə müqaviləsi gələn mövsümün sonunda başa çatır.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin