“Qarabağ” ilk 5-likdədir – Avropada
Avropada ən yaxın izləyicisindən daha çox fərqlə çempion olan futbol klublarının adları açıqlanıb.
Komanda.az xəbər verir ki, “Sport-fm” nəşrinin araşdırmasına görə, ilk 5-likdə Azərbaycanın son çempionu “Qarabağ” da yer alıb.
Mövsümü 69 xalla başa vuran və gümüş medalçı “Neftçi”ni 19 xal qabaqlayan “Qarabağ” bu göstəricidə Yunanıstan “Olimpiakos”u ilə birlikdə 4-5-ci yerləri bölüşdürür. Afina komandası 83, onun ən yaxın izləyicisi PAOK isə 64 xal toplayıb.
İlk pillədə Bosniya və Herseqovinanın “Zrinski” klubu yer alıb. 84 xala malik komanda “Tuzla Siti”ni 27 xal qabaqlayıb.
İkinci sırada Avstriya “Zalsburq”u (+25), üçüncü yerdə isə Bolqarıstan “Ludoqorets”i (+21) yer alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin