“Milan”da iclas: Qattuzo qovulur?
İtaliya A Seriyasının son turunda “Torino”ya 0:2 hesabı ilə məğlub olan “Milan”da baş məşqçi dəyişikliyi ola bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, son 7 oyunda cəmi 5 xal toplayan “qırmızı-qaralar”ın baş məşqçisi Cennaro Qattuzonun komandadan ayrılması yenidən gündəmə gəlib. 41 yaşlı mütəxəssisin komandadakı işinə son verməyi düşünən klub rəhbərliyi, oyundan sonra iclas keçirərək, bu məsələni müzakirə edib.
Gün ərzində Cennaronun istefaya göndərilməsi ilə bağlı rəsmi açıqlama veriləcəyi bildirilir.
Bu mövsüm A Seriyasında uzun müddət ilk 4-lükdə yer alan “Milan”, son 7 turdakı nəticələrinə görə turnir cədvəlinin 7-ci pilləsinə qədər geriləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin