Məşhur kanal “Mançester Yunayted” zibildir” ifadəsinə görə üzr istədi

BBC “Mançester Yunayted” klubundan üzr istəyib.

Komanda.az xəbər verir ki, BBC İngiltərə klubundan “Mançester Yunayted” zibildir” ifadəsinə görə üzr istəyib. Kanaldan bildiriblər ki, səhv təcrübəçinin işi zamanı baş verib.

“Əvvəllər bəziləriniz xəbər bülletenində “Mançester Yunayted” haqqında olduqca qeyri-adi bir şərh görmüsüz. Ümid edirəm ki, “Mançester Yunayted” azarkeşləri bundan inciməyiblər.

Həmin vaxt bizdə bir təcrübəçi işləyirdi və hər şeyi yeni öyrənirdi. Buna görə də, mətndə təsadüfi şeylər yazdı və beləliklə, bu şərh ortaya çıxdı” – deyə, aparıcı Annita Makvey “The Guardian”-a bildirib.

O, klubun ünvanına “zibil” ifadəsinin işlədilməsinin yolverilməz olduğunu deyərək, MY azarkeşlərindən üzr istəyib.

“Mançester Yunayted” 2021/22 mövsümünü Premyer Liqada 6-cı pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button