“Parma” baş məşqçi ilə yollarını ayırdı
İtaliyanın “Parma” klubu baş məşqçisi Cüzeppe Yakini ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Klub B seriyasındakı uğursuz mövsüm səbəbindən 58 yaşlı mütəxəssislə yollarını ayırmaq qərarı alıb.
“Parma” 2021/22 mövsümünü 12-ci pillədə başa vurub.
Yakininin klubla müqaviləsi 2023-cü ilin yayına qədər idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin