Avroliqanın qalibi “Ayntraxt” oldu
Bu gün UEFA Avropa Liqasının final matçı keçirilib.
Komanda.az xəbər verir ki, final oyununda Almaniyanın “Ayntraxt” (Frankfurt) komandası ilə Şotlandiya təmsilçisi “Reyncers” üz-üzə gəlib. Hər iki komanda həlledici matçadək kifayət qədər güclü rəqibləri sıradan çıxara bilmişdi. Xüsusən də, “Ayntraxt”ın 1/4 finalda İspaniya nəhəngi “Barselona”nı mübarizədən kənarlaşdırması turnirin sensasiyası sayıla bilərdi.
“Reyncers” isə yarımfinalda Almaniyanın sayılıb-seçilən klublarından olan “Leyptsiq”dən güclü olduğunu sübut edərək, finala vəsiqə qazanmışdı.
İspaniyanın Sevilya şəhərində keçirilən oyunun əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə vaxtda da hesab dəyişmədiyindən penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Ayntraxt” Avroliqanın qalibi olub.
UEFA Avropa Liqası
18 may
Ayntraxt (Almaniya) – Reyncers (Şotlandiya) 1:1 (penaltilər 5:4)
Qol: Borre, 69 – Aribo, 57.
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Ayntraxt: Kevin Trapp, Evan Ndika, Almami Ture, Tuta, Sebastyan Rode (k), Filip Kostiç, Cibril Sou, Daiti Kamada, Yesper Lindstrom, Ansqar Knauff, Santos Borre.
Reyncers: Allan Makqreqor, Ceyms Tavernye (k), Kelvin Beysi, Konor Qoldson, Borna Barişiç, Con Landstrem, Rayan Cek, Co Aribo, Qlen Kamara, Skott Rayt, Rayan Kent.
Bizi Facebook-da izləyin