Hazard Akaponun ayağının iki sümüyünü sındırıb – FOTO
“Real”ın yarımmüdafiəçisi Eden Hazard İspaniya La Liqasının 37-ci turunun “Kadis”lə matçında (1:1) rəqibin müdafiəçisi Karlos Akapoya qarşı kobud oynayıb.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Hazardın zədələməsi nəticəsində müdafiəçiyə iki ayaq sümüyünün sınığı diaqnozu qoyulub. Hazard etdiyi kobudluğa görə yalnız sarı vərəqə alıb.
Karlos Akapo sosial şəbəkəsində hadisənin nəticələrini əks etdirən fotonu yayımlayıb və bunları yazıb:
“Bəzi “vicdanlı insanlar”ın sayəsində ikinci və üçüncü ayaq sümüyüm sınıb. İndi sağalmağın və gələn həftə sonu hər şeyinizi meydanda verməyin vaxtıdır”.
Hazard matçın 74-cü dəqiqəsində rəqibinə qarşı sərt oynayıb. Bundan az sonra “Kadis”in müdafiəçisi dəyişdirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin