Elxan Abdullayev: “Oyunumuzu daha da yaxşılaşdırmalıyıq”

Azərbaycanın U-17 milli komandasının baş məşqçisi Elxan Abdullayev UEFA İnkişaf turniri çərçivəsində bu gün keçirilmiş Gürcüstanla oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:

“Çox maraqlı oyun keçdi. İlk qarşılaşmada komandamızda görmədiyimiz müsbət cəhətləri, bu oyunda müşahidə etdik. Baxmayaraq ki, qalib gələ bilmədik, amma millimiz 90 dəqiqə rəqibi təzyiq altında saxladı. Əldə etdiyimiz fürsətləri realizə edə bilmədik. Ümumilikdə oyundan razı qaldım. Beynəlxalq təcrübə baxımından gənc futbolçular üçün belə turnirlərdə iştrak etmək çox faydalıdır. Məqsədimizə çatmaq üçün oyunumuzu daha da yaxşılaşdırmalıyıq və bu istiqamətdə inkişafımızı davam etdirməliyik. Komandamız yaxşıdır və mən uşaqlara inanıram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button