Rusiyanın 4 klubu UEFA-dan CAS-a şikayət etdi
ÇSKA, “Zenit”, “Dinamo” və “Soçi” klubları UEFA-nın 2 may 2022-ci il tarixli Rusiya klublarının avrokuboklardan kənarlaşdırılması qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verdiklərini açıqlayıblar.
Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, klublar şikayətə tez bir zamanda baxılmasını tələb ediblər.
“Ümid edirik ki, idman prinsipinə əməl olunacaq. ÇSKA Avropa yarışlarında çıxış etməyə çalışır və sona qədər çempionatda yüksək yerlər uğrunda mübarizə aparacaq” – CSKA-nın bəyanatında deyilir.
Mayın 2-də UEFA 2022/23 mövsümündə Rusiya təmsilçisinin avrokuboklarda iştirak etməyəcəyini açıqlayıb.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin